Spina Bifida nədir?
Spina Bifida konjenital patalogiya olub onurğa beynin və onurğa sütununun anadangəlmə mürəkkəb qüsurudur. Bel sütunundaki sümük qövslərinin tam örtülməməsi nəticəsində onurğa açıq vəziyyətdə bədənin səthində formalaşır. Bu qüsur sinir-əzələ və hərəki dayaq sisteminə təsir göstərir. Təsir göstərdiyi hissələrdən biri də çanaq bölgəsi və ifrazat orqanlarıdır. Bu qüsur sayəsində nevrogen sidik kisəsi və nevrogen bağırsaq inkişaf edir.
Nevrogen sidik kisəsi normal sidik ifrazı yerinə daima qasılaraq və yaxud tam əksinə, yetərli qasılmadan işləyir.Belə halda,uşaq iradi olaraq işəmə kontrolunu itirir. Şikayətlər arasında sızıntı şəklində və ya damla şəklində sidik qaçırma,əks olaraq,sidik kisəsini tam boşaltmama kimi hallar ən çox görülən problemlərdəndir. Bu problemi dərman, kateterizasiya və s. ilə önləmək mümkündür. Lakin bu müalicələrə rəğmən uşaqların sidik qaçırma problemləri tam olaraq düzəlmir. Təsadüfi deyil ki, spina bifidanın törətdiyi sinir qüsurları təkcə ifrazat orqanlarını deyil,ifrazata nəzarət edən çanaq əzələlələrinə də təsir göstərir. Çanaq əzələlərinin reabilitasiyası sayəsində uşaqların düzgün işəməsi,sidiyi saxlaması,günlük kateterizasiyaların sayının azalması mümkündür.Əgər bu problemlə qarşılaşmısınızsa,klinikamıza müraciət edərək bu problemə çarə tapa bilərsiniz.
Fizioterapist İbrahimova Aliyə