4 yaşdan sonra tuvalet təhsilini tamamlamış sağlam uşaqlarda qeyri-iradi olaraq alt paltarına ləkə şəklində nəcis qaçırma vəziyyəti diqqətə alınmalı bir sağlamlıq problemidir.
Nəcis qaçırmanın müxtəlif səbəbləri olsa da, ən sıx görülən səbəblər arasında uzun müddətli qəbizlik və nəcisi saxlamaq,yəni vaxtında nəcisi bədəndən xaric etməməkdir.
Ailələr,adətən,uşağın ishal olması səbəbi ilə nəcis qaçırdıqlarını düşünürlər. Lakin bu vəziyyət ən çox qəbizliklə əlaqədardır.
Beləliklə, qəbizlik müalicə edilmədiyi təqdirdə sidik qaçırma probleminə də səbəb ola bilər.
Çanaq əzələsi (pelvic floor) reabilitasiyası ilə nəcis qaçırmanın müalicəsi mümkündür.
-
Urodinamiya Mərkəzi
Baku Medical Plaza