-
Urodinamiya Mərkəzi
Baku Medical Plaza
Uşaqlarda qəbizlik sıx görülən bağırsaq problemidir.Qəbizlik bağırsaq peristaltikasının zəifləməsi və ya nəcisin sərt,quru və yumru şəkildə olması ilə təzahür edilir.Hər gün böyük bayıra çıxmaq qəbizliyin olmamasını göstərmir. Belə ki, nəcisin sərt,quru və çox böyük və ya kiçik olması da bu vəziyyətin göstəricisidir.Yəni bilinənin əksinə qəbizlik tək hər gün böyük bayıra çıxmanın azalması ilə müşaiyət olunan vəziyyətdən ibarət deyildir.
Adətən,qəbizlik şikayəti yaşayan uşaqlarda ciddi bağırsaq ağrısı və/və ya defekasiya əsnasında anus və ətrafında ağrı şikayəti müşaiyət olunur.
Qəbizliyin səbəbləri
Nəcisin sərt və quru olmasından dolayı bağırsağın hərəkətliliyinin azalması qəbizliyin ən yayılmış səbəbi olaraq qəbul edilir.Bununla yanaşı qəbizliyi artdıran bir çox faktir vardır. Ən çox qarşıya çıxan faktorlar bunlardır:
Nəcisi tutmaq: Adətən,uşaqlar oyun oynadıqları zaman və yaxud da çölə çıxmağa imkan olmayan zaman,evdən kənar tualeti istifadə etməyi rədd etdikləri zaman nəcislərini tutmağa çalışarlar.Beləliklə,bu,bəzən alışqanlıq halını alar və böyük bayıra çıxmanı taxirə salmanı adət halına gətirərlər.Nəticə etibarilə,düz bağırsaqda nəcis quruyaraq sərtləşər və orada topalaşar. Bu topalaşan nəcis kütləsi defekasiya zamanı uşaqda ağrı və sancıya səbəb olur.Bununla da, uşağın tualetə qarşı qorxusu yaranır.
Qidalanmada dəyişikliklər: Lifli qidaların az qəbulu və yaxud da heç qəbul etməmək qəbizlik yarada bilir. Az maye qəbulu da nəcisin quru və sərtləşməsinə gətirib çıxarır.
Bəzən lifli qidaların və mayenin bol qəbulundan sonra anidən qatı qidalara keçid də qəbizliyə gətirib çıxarır.
Rejim dəyişikliyi: Səyahət etmək,qonaq getmək,iqlim dəyişikliyi və stress kimi rejimlərin dəyişdiyi bəzi hallarda uşaqların tualet alışqanlıqlarında dəyişimə səbəb olaraq bağırsaq funksiyalarını təsirləndirir
Dərmanların yan təsiri: Bəzi dərmanlar qəbizlik yarada bilər.
Süd və süd məhsulları: İnək südünə qarşı allergiya və ya süd məhsullarından çoxlu istifadə qəbizliyə səbəb ola bilər.
Ailə genetikası: Qəbizliyi olan ailələrin uşaqlarında da qəbizlik görülə bilən haldır.
Bəs müalicə edilmədiyi təqdirdə nə baş verə bilər?
Qəbizlik şikayəti müalicə edilmədiyi təqdirdə xronikləşərək,sidik kisəsini narahat edir və sidik ifrazı ilə bağlı şikayətlərin yaranmasına yol açır.Sidik kisəsi rektumda yığılan sərt nəcis parçalarının təzyiqinə məruz qalır.Sidik kisəsinin hiperaktivliyinə yol açaraq qəfil sıxışma hissi ilə sidik qaçırmaya səbəb ola bilər.
Uzun müddətli qəbizlik rektumda uzun müddət duran sərt və böyük nəcis parçaları rektumun strukturunu pozaraq bu bölgənin genişlənməsinə və hissiyatın azalmasına səbəb olur. Bu vəziyyət xronikiləşərsə, gələcəkdə rektumun cərrahi yolla çıxarılması ehtimalı belə ola bilər.
Ən əsası nəcis toksik maddə olduğu üçün vaxtında bədəndən xaric edilməzsə,orqanizmə ciddi fəsad törədə bilər.
Copyrights © 2024 All Rights Reserved. Powered by urodinamiya.com
Şəxsi Məlumatların Qorunması Qanunu