Çanaq əzələləri çanağımızın alt qismində,yəni dibində üfüqi şəkildə yerləşən əzələ qrupudur.
Çanaq dibi əzələlərinin daxilindən sidik kanalı və anus keçir.Bu əzələlər yığılaraq sidiyi və nəcisi saxlayır,boşalaraq sağlam bir şəkildə sidik və nəcis ifrazını təmin etməkdədir.Bundan əlavə,gəzinti,qaçış,ağırlıq qaldırma,pilləkəndən çıxma-enmə kimi gündəlik fəaliyyətlər zamanı müəyyən qədər çanaq dibi əzələləri aktiv olaraq işləyir.
Müəyyən səbəblərdən dolayı çanaq dibi əzələləri disfunksiyaya uğrayır. Səbəb olaraq əzələlərin zəif olması ya da çox gərgin olmasıdır.Adətən, çanaq dibi əzələlərinin funksiyasının pozulması uroloji problemlərin təməlini qoyur.Bəsit görünən bu uroloji problemlər təkrarlayan sidik yolu infeksiyalarına,sidik kisəsində sidik qalığının qalmasına,qalan sidiyin böyrəklərə geri vurmasına (reflyuks) və böyrəklərdə ciddi qalıcı fəsadların yaranmasına səbəb ola bilər. Daha da önəmlisi böyrəkdəki bu qalıcı fəsadlar bir müddət sonra böyrək çatışmazlığına qədər gətirib çıxara bilər.
Belə uşaqlarda aparılan digər testlərlə yanaşı, çanaq dibinin əzələləri də funksional olaraq qiymətləndirilməlidir. Ultrasəs və sidik analizi kimi müayinələr çanaq dibinin əzələlərinin pozulması haqqında məlumat vermir.
Fizioterapistlər tərəfindən edilən qiymətləndirmələr nəticəsində müəyyən fizioterapiya yanaşmaları ilə çanaq dibinin əzələləri dərmansız müalicə edilə və əzələlərin funksiyası yerinə yetirilə bilər. Çanaq dibinin əzələlərinin reabilitasiyası sayəsində; Uşaqlara sidik kisəsini və bağırsağı düzgün boşaltmağı, sidik və nəcisi düzgün tutmağı öyrətməklə, gələcəkdə baş verə biləcək böyrək çatışmazlığı kimi daha ciddi problemlərin qarşısını almaq olar.
Fizioterapist İbrahimova Aliyə